Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayramov Mirzoyanla görüşür: Sərhədlərin müəyyənləşdirilməsi gündəlikdə olacaq

Bayramov Mirzoyanla görüşür: Sərhədlərin müəyyənləşdirilməsi gündəlikdə olacaq


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti görüş oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək.Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.

Məlumata görə, nazirlərin iki ölkə arasında normallaşma prosesinə dair məsələləri müzakirə edəcəkləri gözlənilir.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sonuncu dəfə sentyabrın 19-da Nyu-Yorkda görüşüb.

Həmin görüşdən sonra Ermənistanla Azərbaycan arasında dəlimitasiya və demarkasiya olunmamış dövlət sərhədində qarşı tərəfin təxribatları intensivləşdi. Həmçinin Ermənistan rəsmiləri, o cümlədən Baş nazir Nikol Paşinyan Rusiya və Fransa ilə təmasları gücləndirdi. Paşinyan, ölkənin müdafiə naziri Suren Papikyan Fransaya səfər etdilər.

Ermənistan baş naziri bu günlərdə maraqlı bir açıqlama vermişdi. O, bildirmişdi ki, müttəfiqlər Ermənistana vəd etdikləri silahların tədarükünü həyata keçirmirlər. Bu bəyanat müxtəlif cür qiymətləndirilə bilər. Ən real variantlardan biri isə budur ki, Paşinyan növbəti məğlubiyyətlər üçün zəmin hazırlamaq istəyirdi.

Əvvəllər də bildiyimiz kimi, xüsusilə Şərqi Avropadakı müharibə və Qərblə Kreml arasında davan edən gərginlik fonunda İrəvanın işi getdikcə çətinləşir. Paşinyan başa düşür ki, Rusiya tədricən "dalana dirənir". Əlbəttə, bu, Ermənistan hərbi - siyasi hakimiyyətini narahat edir. Çünki Rusiyanın uduzmağı Ermənistanın Cənubi Qafqazda "çətirsiz" qalması deməkdir. İrəvan regiondakı mövcudluğunu qorumaq üçün Ankara ilə diplomatik münasibətləri bərpa etməlidir. Bunun üçün Bakının şərtlərini yerinə yetirmək, münasibətləri normallaşdırmaq, destruktiv regional siyasətdən uzaqlaşmaq şərtdir.

Ceyhun Bayramovla Mirzoyanın görüşlərindən sonra adətən təxribatlar olsa da, həmin müzakirələr konstruktiv keçir, müxtəlif razılıqlar əldə olunur. Ümid etmək olar ki, oktyabrın 2- də baş tutacaq görüş də bizim üçün uğurlu olacaq. Hər halda bu cür müzakirələr tərəflərin bir - birini anlaması ilə yanaşı, həm də yekun sülh üçün tramplin rolunu oynayır.

Görüşdə nazirlərin sərhədlərin dəlimitasiya və demarkasiya məsələsini, Zəngəzur dəhlizinin perspektivini, həmçinin yekun sülh müqaviləsinin elementlərini müzakirə edəcəyi gözlənilir. Xüsusilə sərhədlərin müəyyənləşdirilməsi məsələsi gündəmdə olacaq. Çünki son hadisələrdən sonra Ermənistan başa düşdü ki, bu proses ən çox onun özünə lazımdır. Beləliklə, oktyabrın 2- də dəlimitasiya və demarkasiya ilə bağlı müəyyən razılıqlarını əldə olunacağı ehtimalı var.

Ümumiyyətlə, düşünürəm ki, yekun sülh müqaviləsinin imzanması yaxın perspektiv üçün realdır. Amma ondan əvvəl sülhə məcbur etmə əməliyyatı baş tutacaq.

Kənan Novruzov-siyasi ekspert
Xəbəri paylaş