Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Eldar Əzizov Gürcüstanın baş naziri ilə görüşüb

Eldar Əzizov Gürcüstanın baş naziri ilə görüşüb


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili tərəfindən qəbul edilib.

Newscenter.az-a Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətləri vurğulanıb, müxtəlif sahələrdə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Tərəflər Bakı-Tbilisi əlaqələrinin inkişafından söz açıblar, bu kontekstdə iki paytaxt arasında ötən ilin iyul ayında imzalanan qardaşlaşma haqqında memorandumun əhəmiyyəti qeyd edilib. Azərbaycan və Gürcüstan arasında qarşılıqlı səfərlərin əlaqələrimizin daha da gücləndirilməsinə töhfələr verdiyi bildirilib.

Görüşdə Azərbaycan və Gürcüstan paytaxtları arasında mövcud əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb, mədəni və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olduğu bildirilib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev də iştirak edib.

Mehman
Xəbəri paylaş