Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev: Prezident: «İşğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq»

İlham Əliyev: Prezident: «İşğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq»


«Hazırda Azərbaycan ilə Çin arasında bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün yaxşı perspektivlər var».

Newscenter.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə 1 oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edilib.

Dövlət başçısı təbrik məktubunda qeyd edib ki, eyni zamanda, biz işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində Çin şirkətləri ilə birgə fəaliyyətimizin genişlənməsində maraqlıyıq:

«İnanıram ki, müxtəlif sahələrdəki, o cümlədən təşəbbüskarı olduğunuz “Kəmər və yol” layihəsi çərçivəsində mövcud potensialdan tam şəkildə istifadə etməklə qarşılıqlı faydalı əməkdaşlığımızı daha da möhkəmləndirə və dərinləşdirə bilərik».
Xəbəri paylaş