Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda reformistlər hakimiyyəti dindarlardan alacaqlar

İranda reformistlər hakimiyyəti dindarlardan alacaqlar


"İran əslində dəfələrlə yaxın tarixdə qanlı olaylarla qarışdırılıb. Amma hamısında dövlət SEPAH gücləri ilə iğtişaşları yatırmağı bacarıb. Dövlət başçısı Ayətullah Xamneinin səhhəti yerində olanda SEPAH bunu bacardı. Əslində ağacı qurd içində yeyər deyiblər. Nə qədər bizim nifrət etdiyimiz sistem olsa da bu rejim çox möhkəmdir və fars dövlətçilik ənənələri əsasında idarə edilir".

Newscenter.az xəbər verir ki, bu fikirləri tarixçi Rəfail Eminov səsləndirib. O bildirib ki, rejimin quruluşundan bu yana onun idarəçiliyi məsələsində böyük bir münaqişə və mübahisə var:

"Fars klanları dünyəvi hakimiyyətlə dini hakimiyyəti bir-birindən doğru olaraq ayırmaq istəyir. Lakin, Xamnei iki liderliyi də öz şəxsiyyətində birləşdirərək narazıllqları artırmaqdadır. İndiki iğtişaşlar isə onun səhhətinin yaxşı olmaması səbəbindən belə alovlanaraq bütün sistemi yandırmasına səbəb olmaqdadır".

Rəfail Eminov hesab edir ki, ən yaxşı halda reformistlər hakimiyyəti ələ alıb konstitutsiya dəyişiklikləri edərək hakimiyyəti dindarlardan alacaqlar:

"Bu proselər xeyli çəkərək bəluc, kürd, azərbaycanlılar və başqa istiqlaliyyət istəyən xalqların qanının sel kimi axıdılması ilə müşayət ediləcək. Ola bilər ki, onlar məqsədlərinə çatsın. Lakin belə olanda regionda sülh uzun illər ərzində yaranmayacaq"

Mehman
Xəbəri paylaş