Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə «Heydər Əliyev İli» elan edilib. Məlum olduğu kimi, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Dövlətimizin başçısının Sərəncamında qeyd olunduğu kimi, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım səsləndirib. Millət vəkili bildirib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub: “Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.
Fatma Yıldırım qeyd edib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir:
“Əminik ki, «Heydər Əliyev İli» çərçivəsində möhtəşəm tədbirlər keçiriləcək, Ulu Öndərimizin 100 illik yubileyi nəinki vətəndaşlarımız, eləcə də dünyada yaşayan azərbaycanlılar tərəfindən də böyük təntənə ilə qeyd olunacaq”.
Mehman