Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tərtərdə iki nəfər minaya düşüb

Tərtərdə iki nəfər minaya düşüb


Tərtər rayonunun Qızıloba kəndində iki nəfər minaya düşüb.

Newscenter.az-ın məlumatına görə, "Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Səhləbad kənd sakinləri - 1976-cı il təvəllüdlü Bayramov Rafael Köçəri oğlu və 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu mina partlaması nəticəsində yaralanıb.

Kənd icra nümayəndəliyindən "Report"un yerli bürosuna bildirilib ki, minaya düşən hər iki şəxs ağır dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd olunub ki, hazırda yaralıların vəziyyətləri ağır olaraq qalır.
Xəbəri paylaş