Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“YAŞAT” Fondu yaralanmış sərhədçiləri ziyarət edib

“YAŞAT” Fondu yaralanmış sərhədçiləri ziyarət edib


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və DSX-nin Hərbi Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşüblər.

Newscenter.az-a Fonddan bildirilib ki. Ülvi Mehdiyev onların səhhəti, müalicə prosesi ilə yaxından maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. Yaralalılarımızın müraciətləri dinlənilib.

Diqqətə çatdırılıb ki, "YAŞAT" Fondu tərəfindən şəhid ailə üzvlərinin və yaralanlarının təminatına dəstək məqsədilə bir sıra işlər görülüb və tədbirlər bundan sonra da davam etdiriləcək.

Mehman
Xəbəri paylaş