Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Ermənistandan Rusiyaya qarşı istifadə edəcək

ABŞ Ermənistandan Rusiyaya qarşı istifadə edəcək


Rusiyanın, KTMT-nin hərbi hissələrinin Ermənistan və Azərbaycan sərhədlərinə gətirilməsi planı, sadəcə Rusiyanın Ermənistanı bir daha dişınə vuraraq, yoxlama xarakteri daşıyır.

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Ermənistan isə öz növbəsində, artıq buna razılıq verən deyil. Çünki Pasinyan hakimiyyəti, Rusiyanın yerini ABŞ-a verməyə artıq qərar verib və bu işdə Ermənistan daha aktiv və tələskən görünür:

"Əvəzində isə erməni baş nazir, öz hakimiyyətinin sabit qalması və davamiyyətli olması qarantisini əldə etmiş kimi görünür. Bundan başqa Ermənistan Rusiyaya olan borclarını da ilin sonuna qədər ödəməli idi və ABŞ kimi dostu olan Ermənistan bu problemi də həll etmiş olacaq kimi görünür. Əsas bilinən problem isə odur ki, Rusiyanın və İranın illərlə erməni dostlarına çəkdikləri maliyyə yardımları, siyasi və mənəvi köməkliklərin artıq ABŞ-ın və NATO-nun simasında tezliklə geri qaytarılacağına çox az qaldı".

Mehman
Xəbəri paylaş