İranda etiraz aksiyaları hər ötən gün daha da genişlənir və bütün ölkə ərazisini əhatə edir. Xalq kütlələrinin etirazlarından qorxan rejim rəsmiləri, onların əlaltıları isə çıxış yolunu ölkədən qaçmaqda görürlər.
Newscenter.az xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamneyinin mühafizə xidmətinin rəisi də ölkədən qaçmağa üstünlük verib.
Güney Azərbaycandan olan fəal Rəhim Sulduzlunun bu barədə facebook sosial şəbəkə hesabı üzərindən paylaşdığı məlumatda qeyd edilir ki, Xamneyinin baş mühafizəçisi hesab olunan Vahid Haqqanyan bütün ailəsi ilə birlikdə İrandan qaçıb.
Anar