Azərbaycan hərbçilərinin son döyüşlər zamanı erməni əsirlərlə qanunsuz rəftarı iddia edilən görüntülər yayılıb və geniş müzakirələrə səbəb olub. Azərbaycanın Baş Prokurorluğu da, irəli sürülən iddialar, faktlarla bağlı artıq araşdırma apardığını açıqlayıb. Erməni fəallar tez, kütləvi şəkildə beynəlxalq ictimaiyyətə həqiqiliyi, kim və hansı şəraitdə törəndiyi hələ rəsmi-hüquqi təsdiqini tapmamış video ilə bağlı müraciətlər ünvanlayıblar. Azərbaycandakı bəzi fəallar da, həmin erməni fəallarının yarımçıq və təsdiqsiz ittihamlarına qoşulur, öz ordu, əsgərini qınayır.
Erməni fəalları başa düşdük, işğalçı və məğlub dövlətin nümayəndəsi kimi, bəhanə axtarırlar qarşı tərəfi beynəlxalq aləmdə tam qaralamaq üçün. Azərbaycanlı fəallara nə olub, nə tələsik?
Əvvəl, ğəlin bir erməni axtaraq ki, Xocalıda bu qədər dinc əhaliyə gecə basqın edib də, canlı faktla təsdiqini tapmış qırğını törədən, oradakı qız uşağını pəncərəyə mismarlayan ermənisini, o qızın tədricən öldüyünü ləzzətlə təsvir edən erməni yazıçısını qınasın. Qarabağın işğalında yerli azərbaycanlı əhalisini kütləvi əsir götürüb, güllələyən, işgəncələr verən, qızını ata, anasını oğul qarşısında zorlayan öz ermənisini qınasın. Qarabağı 30 il işğal altında saxlayaraq, tamam dağıdıb, viran qoyan vəhşi ermənisini qınasın.
İkincisi də ki, sakit olun tələsməyib qızışmayın, qoyun prokurorluq istintaq, araşdırma aparsın. İxtisaslı, bilgili mütəxəssislərin, ekspertlərin də müayinəsi, rəyi ilə həmin irəli sürülən iddiaların, faktların həqiqiliyini və kimlərin, hansı şəraitdə törətdiyini obyektiv prosessual qaydada aydın etsin. İddia, ittihamlar təsdiqini taparsa, onsuz, pozuntuları edənlər qanuni cəzalarını almalıdır. Bu halda siz fəallar da qoşulub doyunca qınaq edərsiniz, vətəninizin, dövlətinizin əsgərlərini...
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri