Bakıda evdən 5000 manatlıq qızıl oğurlanıb.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nicat Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.