Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün hər birimiz doğma yurda qayıdacağımız günü səbirsizliklə gözləyirik

Bu gün hər birimiz doğma yurda qayıdacağımız günü səbirsizliklə gözləyirik


4 oktyabr 2020-ci il tarixinddə Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra işğaldan azad olundu. Cəbrayılın azad edilməsi paytaxt Bakı olmaqla bütün ölkədə çox böyük coşqu ilə qarşılandı,

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, Azərbaycan xalqında olan ruh yüksəkliyini, ordumuzda olan döyüş ruhunu, özünə inamı daha da artırdı:

"Biz heç zaman inamımızı itirmədik, biz inanırdıq ki, cənab Prezidentin komandanlığı ilə torpaqlarımız mütləq azad olunacaq. Bu gün artıq biz Cəbrayılın azad olunmasının 2-ci ilini qeyd edirik".

Deputat qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində Cəbrayıl işğaldan azad olundu:

"Bu gün hər birimiz doğma yurda qayıdacağımız günü səbirsizliklə gözləyirik. O gün uzaqda deyil. Tezliklə Cəbrayılda da bərpa və quruculuq işləri başa çatacaq və biz öz doğma yurdumuza qayıdacayıq".

Mehman
Xəbəri paylaş