Ermənistan Azərbaycana qarşı informasiya müharibəsini də döyüş meydanında apardığı müharibəyə uyğun aparır. Əsgər və zabitimizin qabağından qorxaqcasına qaçın uşağa, qadına və qocaya hücum etmək, mülki vətəndaşları hədəf almaq və əliyalın insanlarımıza qarşı hər bir vəhşiliyi etmək ermıniyə və Ermənistan xas mübarizə formasıdır, bizə deyil! Bunu biz həm birinci, həm də ikinci Qarabağ müharibələrində dəfələrlə gördük.
İndi də, döyüş meydanında biabırçı məğlubiyyət yaşayan, sadəcə təslimçilik aktını imzalayacaq qədər gücü qalan düşmən əsgər və zabitimizə qarşı etdiyi təhlükəli təxribatları dövlətimizə qarşı da informasiya cəbhəsində edir. 31 avqustda keçirilən son Brüssel görüşündən sonra ölkəmiz sülh olsun deyə yenə humanist addım ataraq hərbi əsir olmayan 5 cinayətkar ermənini sərbəst buraxdı. Məkrli, hiyləgər və təxribatçı düşmən isə buna 12-14 sentyabr tarixlərində ordumuza və dövlətimizə qarşı yeni təxribatla cavab verdi.
Azərbaycan Ordusuna 80 canlı itkiyə başa gələn bu təxribatın cavabını düşmən gözləmədiyi şəkildə yüzlərlə canlı itki, hərbi hissələrinin, post və mövqelərinin darmadağın edilməsi və olan qalan silah və texnikalarının də yararsız hala düşməsi şəklində aldı. İndi də uğursuzluğa düçar olmuş planları ilə bağlı həm ölkə ictimaiyyətini, həm də beynəlxalq ictimaiyyəti manipulyasiya etməyə, bu yolla məsuliyyətdən yayınmağa çalışırlar.
31 avqustda keçirilən son Brüssel görüşündə Avropadan olan sahiblərinin qarşısında noyabr görüşünə Sülh sazişinin mətni ilə gəlməklə bağlı götürdükləri öhdəliyi pozmaq üçün Ermənistan və onun saxtakar rəsmiləri dəridən qabıqdan çıxmağa çalışırlar. Əvvəlcə özlərinin ABŞ-da olan güclü diaspora və lobbi təşkilatları vasitəsilə hansısa maraqlar qarşılığında təşkil etdikləri Nümayəndələr Palatasaının sədri Nensi Pelosinin səfəri öncəsi sərhəddə müharibədən sonra ən genişmiqyaslı təxribatı törətdilər. Bu addımları ilə Azərbaycana qarşı sanksiyalara nail olacaqlarını düşünən ermənilər 82 yaşlı xanım Pelosinin onlara ancaq “göz yaşları”nı verə biləcəyini biraz gec anladılar.
Bundan sonra da, növbəti saxta variantlarına keçəcəkləri onsuz da məlum idi. Bir tərəfdən Cenevrədə xarici işlər nazirləri səviyyəsində görüş, digər tərəfdən də bir saxta video, Erməni XİN-nin özü qədər absurd, əsassız və gülünc bəyanatı. Mənbəyi və çəkilmə şəraiti heç kimə məlum olmayan ermənilərin özləri qədər saxta olan həmin video erməni nazirdən öncə Avropaya çatmışdı. Niyə? Çünki noyabr ayında keçirilməli olan növbəti Brüssel görüşünə az qalıb. Necə? Paşinyan sosial şəbəkə vasitəsilə koordinatlarını bildiyi bütün liderlərə göndərib. Dünən keçirilən görüş də təsadüfən gecikmədi, çünki, erməni nazir oturub həmin video ilə bağlı heç olmasa Toivo Klaar səviyyəsində münasibəti gözləyirdi. Əzik və üzük bir münasibət gəldi.
Ancaq gecikmisiniz “cənab” sözü yaraşmayan saxtakarlar! Çünki Azərbaycan və ona rəhbərlik edənlər aldadıb təxribata məruz qoyduğunuz əvvəlki Azərbaycan və əvvəlki rəhbərlik deyil. Hər addımınız hesablanıb, hiyləgərliyinizin dərəcə və şkalası belə ölçülüb və biçilib. Döyüş meydanında etdiyiniz təxribatlara aldığınız cavab kimi, informasiya təxribatlarınıza da bumeranq effekti ilə cavab alacaqsınız! Çünki, düşmənin də layiqlisi ilə düşmənçilik edərlər, siz düşmənçilik etməyə belə layiq olmayan toplumsunuz!
Təbii ki, yaşadığımız infromasiya əsrində ən güclü silahlardan biri də informasiya həmləsidir. Ancaq bu qədər saxta, ucuz və sərhədlərinin təhlükəsizliyini göz bəbəyi kimi qoruyan əsgər və zabitlərimizin çəkməsinin dabanının arxasına belə dəyə bilməyəcək qədər gecikən daldan atılan daş şəklində deyil. Bütün dünyaya olduğu kimi layiq olmayan sizlərə belə kifayət qədər humanistliklər etmiş Azərbaycana və azərbaycanlılara qarşı o qədər vəhşiliklər və cinayətlər etmisiniz ki, elə öz ücubatınızdan bu saxtakar məlumatlarınız bizə yapışmır. Əksinə maqnit cazibəsi ilə qayıdıb bu cür vəhşilikləri özünüzün mübarizə amalınıza çevrilən sizlərə yapışır.
Bu cür yalan və saxtakar videolara inanmaq üçün Xocalı, Daşaltı, Başlıbel və bir çox amansız faciə dolu soyqırımlarını, 20 faiz ərazilərimizdə izləri bu gün də insanı və insanlığı vahiməyə gətirən 30 illik vəhşilikləri, daha dəhşətli nümunəsi olmadığı üçün Qafqazın Xirosiması adlandırılan Ağdamın hazırki vəziyyətini, 44 günlük müharibədə bizim mülki vətəndaşlarımızın olduğu şəhərlərə qarşı ən ağır müharibə cinayətlərinin törədilməsinin nəticələrini və bir çox vəhşilikləri tarixdən silmək lazımdır! Bunları silənlər varsa və ya bunları silmək mümkündürsə sizin o saxta və yalnız Ermənistan müdafiə nazirliyi kimi absurd bir qurum tərəfindən həqiqiliyi təsdiqlənə bilən o video görüntünüzə inanan olacaq!
Azərbaycan əsgərinin və zabitinin özünün Ali Baş Komandanı Prezident İlham Əliyevin hər bir göstəriş və əmrinə layiqli şəkildə əməl etdiyini və məhz bu səbəbdən uzun illər ərzində işğal altına düşən ərazilərimizi cəmi 44 gün ərzində mənfur düşməndən necə səliqləli şəkildə və zərgər dəqiqliyi ilə təmizlədiyini bütün dünya gördü. Həmin dünya və onun görmək istəyən hissəsi həm də dünyanın ən vəhşi, ən qəddar və ən amansız toplumu olan ermənilərin də 30 il ərzində ən ağır təbii fəlakətlərin belə törədə bilməyəcəyi vəhşilikləri ilə bağlı “əsərl”ləri də gördü. Hər şey göz önündədir! Biz saxta video və görüntülərlə deyil, canlı və mötəbər sübut və dəlillərlə danışırıq! Uduzmusan, məğlubsan və dalandasan Ermənistan!
Xəyal Bəşirov--Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri