Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın milli dövlətçilik tarixində əsaslı dönüş yaratdı

Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın milli dövlətçilik tarixində əsaslı dönüş yaratdı


" 90-cı illərin əvvəllərində Ulu Öndərin özünün və ailəsinin həyatını təhlükəyə ataraq Azərbaycana qayıtması, 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi".

Newscenter.az xəbər verir ki, bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov deyib.

Deputat qeyd edib ki, bu gün Ümummilli Lider Heydər Əliyevin Azərbyacan Respublikasının Prezidenti seçilməsindən 29 il ötür:

"Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın milli dövlətçilik tarixində əsaslı dönüş yaratdı. Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparıb, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilib, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilib, dövlət çevrilişlərinin qarşısı alınıb, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olub. Ən önəmlisi isə, müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilib. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir".

Deputat vurğulayıb ki, Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilib, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb:

"Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlib. Əminliklə deyə bilərik ki, bütün ömrünü Azərbaycanın inkişafına həsr edən Ümummilli Liderin bu gün ruhu şaddır. Çünki onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev 30 illik işğala son qoyaraq regionda ədaləti bərpa etdi. Ümummilli Lider Heydər Əliyevin siyasətinə sadiqliyini hər addımda təsdiqləyən dövlət başçısı İlham Əliyev dünyaya səs salan tarixi zəfərimizi şərtləndirən amillərdən bəhs edərkən iqtisadi və siyasi müstəqilliyin rolunu xüsusi qeyd edir. Bunun da təməli Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində qoyulub. Məhz bu gün əminliklə deyə bilərik ki, Ümumilli Liderimiz Heydər Əliyevin ideologiyasına sadiq olan Ali Baş Komandanımız ilham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da güclü ölkə olaraq regionda öz mövqeyini qoruyub saxlayacaq".
Xəbəri paylaş