Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran müxtəlif cəbhələrdə və daxildə savaşacaq imkana malik ola bilməz

İran müxtəlif cəbhələrdə və daxildə savaşacaq imkana malik ola bilməz



“İranda tələbələri Universitetlərə yığılmasını təşkil edənlər bilirdilər ki, onları orada saxlamaq mümkün olmayacaq. Bu məqsədyönlü şəkildə tələbələri küçə yürüşlərinə cəlb etməklə mövcud rejimi devirmək üçün edilən taktikadır. Çünkü tələbə avanqarddır! Onsuz heç bir xalq hərəkatı heçnəyə nail ola bilməz”.

Newscenter.az xəbər verir ki, bu fikirləri tarixçi Rəfail Eminov səsləndirib. O bildirib ki, bu İran siyasi elitasının içindəki reformist qüvvələrin hadisələri kulimnasiyaya daşımaq üçün çox tədbirli işlər çevirdiyinin göstəricisidir və proseslərin həlledici mərhələyə çıxardılması üçün operativ təcili qərarlar qəbul etməsinin nəticəsidir:

“Bu həm də həmin islahatçı çevrilişə çalışan siyasi qüvvələrin ciddi narahatlığından xəbır verir. Çünkü proseslərim uzanması, ləngimə, İstiqlaliyyətə can atan İran xalqlarının və xüsusilə bölünmüş xalqların İrandan kənarda olan milli dövlətlərindən, regional qonşu olan əsas oyunçu güc mərkəzləri olan ölkəkələrdən dəstək alıb İrandan ayrılaraq onun ərazisinin xeyli kiçilməsinə və strateji əhəmiyyətini və dünya siyasətindəki rolunu azalmasıma gətirib çıxaracaq. 2500 illik siyasi dövlətçilik tariximiz var deyə iddialarda olan farslara isə bu yaxşı bəllidir. Ancaq fikrimcə siyasət taxtasında onlar bu dəfə uduzacaqlar. Çünkü bizdən fərqli olaraq Ərəbistan, Pakistan və Kürdüstan birbaşa olaraq yaranmış fürsəti qiymətləndirərək xalqlarını farsın əlindən qurtarmaq üçün hərəkətə keçib. Yaxıın günlərdə biz Ərəblərlə İranın yeni Körfəz müharibəsinə də şahidlik edəcəyik. İran isə müxtəlif cəbhələrdə və daxildə savaşacaq imkana malik ola bilməz”
Xəbəri paylaş