Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın referendum oyunu onun tükənməsindən irəli gəlir

Rusiyanın referendum oyunu onun tükənməsindən irəli gəlir


"Ukraynaya aid dörd vilayətdə, Rusiya tərəfindən keçirilən referendumun nəinki nəticələri, heç özü belə tanınmadı. Rusiya keçirdiyi qanunsuz referendumun, heç bir ölkə tərəfindən qəbul edilməyəcəyini bildiyi halda, nə üçün bu cür qanunsuz referendum keçirmək qərarı qəbul etdi? Əslində isə Rusiyanın bu addımı, onun tükənməsindən irəli gəlir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, referendum oyunu, sadəcə bitmiş rus ordusunun savaşı əvvəlki tək davam edə bilməyəcəyini və yaxın gələcəkdə daha şiddətli məğlubiyyətlərə düçar ola bilmə ehtimalından ehtiyyat etdiklərini göstərməkdədir:

"Referendumla bu biyabırçı vəziyyəti ört basdır etməyə çalışan Rusiya, son vaxtlar ard-arda məğlubiyyətə düçar olduğu savaşda, tutduqları şəhər və kəndləri Ukrayna ordusuna meydanda uduzaraq təhvil verdiyi savaşı, artıq davam etdirməyə gücünün çatmadığı səbəbi ilə tab gətirə bilmir və qanunsuz keçirdiyi referendumun hüdudları çərçivəsində istehkam quraraq məskunlaşmaq qərarı qəbul edəcəkdir, ehtimallarını daha çox özündə göstərməkdədir. Görünən daha bir şey var ki,o da müharibədəki vəziyyəti Qərb öz nəzarətinə götürərək idarə etməsidir. Belə bir vəziyyətdə savaşı bitirmək istəyi, artıq Rusiyanın əlindən çıxmışdır və ABŞ, mütləq ki savaşı davam etdirəcək kimi görünür. Çünki, son on illərdə Abş -ın hansısa müharibəni durdurmaq kimi bir təşəbbüsünün olmasının şahidi olmamışıq. Əksi istisna. Elə son vaxtlarda Ermənistan və Azərbaycan arasında yaxınlaşan yekun sülh müqaviləsinə edilən siyasi müdaxilələri göstərmək kifayət edir".

Anar
Xəbəri paylaş