Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ aviaşirkətləri təyyarə çatışmazlığı ilə üzləşiblər

ABŞ aviaşirkətləri təyyarə çatışmazlığı ilə üzləşiblər


Artıq pilot və ehiyat hissələrinin çatışmazlığı ilə mübarizə aparan ABŞ aviaşirkətləri başqa bir problemlə üzləşiblər. Söhbət yeni təyyarələrin olmamasından gedir.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journals” yazıb.

“Boeing Co” və “Airbus SE” şirkətləri ABŞ-ın daxili reyslərində və digər qısa məsafəli marşrutlarda tez-tez istifadə olunan yeni təyyarələrin çatdırılmasını gecikdirir. Nəticədə, aviadaşıyıcılar artan tələbatı ödəmək üçün uçuşların sayını artıra və cədvəllərini planlaşdıra bilmirlər.

“Boeing” sözçüsü bildirib ki, şirkət müştərilər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün təchizatçılarla sıx əməkdaşlıq edir.

“Boeing” təchizat problemlərindən əlavə, 737 MAX təyyarələri ilə bağlı tənzimləmə çətinlikləri ilə də üzləşib. Şirkət 2022-ci ilin sonuna qədər təyyarələrin istifadəyə verilməsini üçün Federal Aviasiya Administrasiyasının (FAA) təsdiq gözləyir.

“Airbus” rəhbərliyi də tədarük zənciri problemlərini həll etmək üçün çalışdıqlarını bildirib.
Xəbəri paylaş