Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Insan Alverinə Qarşı Mübarizə üzrə Fəaliyyət” layihəsi çərçivəsində insan alveri ilə mübarizə sahəsində çalışan dövlət qurumları, donor və yerli vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin iştirakı ilə İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024 – cü illər üçün 4-cü Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsini müzakirə etmək üçün Hayatt Regency mehmanxanasında dəyirmi masa keçirəcək.
Newscenter.az xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ofisinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi, digər aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcəklər.
Dəyirmi masanın açılış mərasimində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, Azərbaycan Respublikası Daxili İşlər nazirinin birinci müavini, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator, Polis general-leytenantı Seyfulla Əzimov və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Maykl Nehrbass çıxış edəcəklər.
BMqT tərəfindən həyata keçirilən USAID-inin maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.
Mehman