Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyaya qarşı yeni sanksiyalar paketi yaxın günlərdə hazır olacaq

Rusiyaya qarşı yeni sanksiyalar paketi yaxın günlərdə hazır olacaq


Fransa yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazırlanmasının başa çatacağını gözləyir və onun tezliklə qəbulunu səbirsizliklə gözləyir.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Milli Assambleyanın (parlamentin aşağı palatası) iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Fransa və Avropa İttifaqı Rusiyaya qarşı görünməmiş dərəcədə sərt sanksiya siyasəti həyata keçirir. Onun sözlərinə görə, Rusiyanın artıq 1,2 min fiziki şəxs və 100-dən çox şirkəti sanksiyalara məruz qalıb:

“Bu sanksiyaların açıq məqsədi var - Rusiyanın münaqişəni davam etdirmək qabiliyyətini boğmaq və müharibənin aparılmasına görə məsuliyyət daşıyanlara maksimum təzyiq göstərmək. Nə Fransa, nə də “G7” qrupuna daxil olan hər hansı digər ölkə Rusiya ilə müharibə şəraitində deyil. Paris və digər Qərb ölkələri yalnız Ukraynaya BMT Nizamnaməsinə uyğun olaraq müdafiə hüququnu həyata keçirməyə kömək edir”.
Xəbəri paylaş