Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq

Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq


Ukrayna İspaniya və Portuqaliya ilə birgə 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün müraciət edəcək.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.

Qeyd olunub ki, bu qərarı İspaniya və Portuqaliya hökumətləri və Ukrayna prezidenti Volodimir Zelenski verib. Birgə müraciət oktyabrın 5-də elan olunacaq.

Qrup mərhələsinin oyunlarına ukraynalılar ev sahibliyi edəcək, ancaq turnirin təşkili üçün lazım olan infrastruktur bərpa olunsa.

“The Times” bu müraciətin dünya çempionatının ev sahiblərinin seçilməsində qalib gəlmə şansını yüksək qiymətləndirir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir və Yunanıstan, Uruqvay, Argentina, Paraqvay, Çili eləcə də Mərakeş dünya çempionatına ev sahibliyi etmək üçün iddialıdırlar.
Xəbəri paylaş