Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərsu"yun sədr müavini vətəndaş qəbulu keçirəcək

"Azərsu"yun sədr müavini vətəndaş qəbulu keçirəcək


Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov 12 oktyabr 2022-ci il tarixində Mingəçevir şəhərində Mingəçevir şəhəri və Yevlax rayonundan olan vətəndaşları qəbul edəcək.

Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, qəbul saat 10:00-dan başlayaraq Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.

Vətəndaşlar qəbul üçün Mingəçevir Sukanal İdarəsinə və Yevlax Sukanal Sahəsinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.
Xəbəri paylaş