Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrandakı zəlzələ Naxçıvanda hiss olunub

İrandakı zəlzələ Naxçıvanda hiss olunub


İranın şimalında 5,8 bal gücündə zəlzələ olub.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu məlumat yayıb.

Bildirilib ki, hadisə Azərbaycan türklərinin kompakt yaşadığı Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinin cənubunda qeyd alınıb.

Yeraltı təkanın ocağı 5 km dərinlikdə olub. Zəlzələ yerli vaxtla saat 03:51-də baş verib.

XXX

Qeyd edək ki, Naxçıvan stansiyasından 80 km cənub-qərbdə, İran ərazisində baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında da 5,3 bala qədər hiss olunub.
Xəbəri paylaş