Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sədaqət Vəliyeva: Ermənistan hakimiyyəti törətdikləri vəhşiliklərin məsuliyyətindən və Dəmir Yumruğun ədalətindən boyun qaçıra bilməyəcəklər

Sədaqət Vəliyeva: Ermənistan hakimiyyəti törətdikləri vəhşiliklərin məsuliyyətindən və Dəmir Yumruğun ədalətindən boyun qaçıra bilməyəcəklər


Tarixən ermənilər Azərbaycana qarşı soyqırımlar həyata keçirmiş, şəhər və kəndlərimizi viran qoymuş, tarixi, mədəni, dini abidələrimizi məhv etmişdir. Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozaraq ölkəmizə qarşı həyata keçirdiyi bütün vəhşiliklər insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayətlərdir. Azərbaycan İkinci Qarabağ müharibəsində parlaq qələbə qazanaraq özü təkbaşına beynəlxalq ədaləti və hüququ bərpa etməklə yanaşı Ermənistanın terror dövlət olmasını növbəti dəfə dünyaya sübut etdi. Əsrlər boyu davam edən erməni vandalizmi heç bir sərhəd tanımamışdır. Zaman keçdikcə yeni-yeni erməni vəhşiliyinin və terrorunun şahidi oluruq. Oktyabr ayının 4-də Xocavənd rayonunun Edilli kəndində Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmiş 12 nəfər soydaşımızın dəfn edildiyi kütləvi məzarlıq aşkar edilmişdir. Dünya ictimaiyyəti növbəti dəfə erməni vəhşiliyinə şahidlik etdi.

Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, artıq Ermənistanın məkirli və hiyləgər siyasətinə yer qalmayıb. Daha beynəlxalq ictimaiyyət erməni yalanlarına inanmır. Dünya Ermənistanı terroru dəstəkləyən və təxribatçı bir dövlət kimi tanıyır. Azərbaycan isə tam əksinə olaraq dünyada sülhsevər və humanist siyasəti, inkşafa və tərəqqiyə hesablanmış təşəbbüsləri tanınır. Ölkəmiz Vətən Müharibəsində 21-ci əsrin müharibəsini apardı. Şanlı Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində öz qüdrəti və gücü ilə yanaşı humanistliyini də sübut etdi. Ermənistanın mülki əhalimizi raket atəşinə tutumasına və min cür təxribatlara əl atmasına baxmayaraq Azərbaycan tərəfi əsl humanistlik nümunəsi nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi zamanı bir nəfər belə olsun sivil erməni vətəndaşının burnu qanamadı:

“Ermənistan hakimiyyəti İkinci Qarabağ Müharibəsindəki ağır məğlubiyyətlərini, Dəmir Yumruğun gücünü və ədalətini unutmamalıdır. Birmənalı şəkildə anlamalıdırlar ki, törətdikləri hər bir cinayətin, vəhşiliyin, vandalizmin, təxribatın məsuliyyətindən və Dəmir Yumruğun ədalətindən boyun qaçıra bilməyəcəklər” .

Ruhiyyə
Xəbəri paylaş