"Xocavəndin Edilli kəndində aşkar edilən kütləvi məzarlıq ermənilərin vandallığı və vəhşiliyinin bir daha əyani sübutudur. Heç kimə sirr deyil ki, Ermənistan Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı həm insanlığa, həm də müharibə qanunlarına zidd olan əməllər törədiblər. Ancaq təəssüflər olsun ki, bu gün insan haqları, qeyri-insani davranışlara görə, kimlərinsə, hansısa dövlətlərin cəzalandırılmasını tələb edən beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər ermənilərin yaxın tariximizdə xalqımıza qarşı həyata keçirdikləri cinayətlərə göz yumurlar".
Newscenter.az xəbər verir ki, bu fikirləri "OLAYLAR" "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, istər Malıbəyli, istər Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri vəhşiliklər, istər bir müddət əvvəl Fərruxda, bu günlərdə isə Xocavənddə aşkar edilən kütləvi məzarlıqlar, insan qalıqları bizim əlimizdə olan kifayətdir əsaslı faktlardır ki, beynəlxalq səviyyədə Ermənistanın insanlıq əleyhinə cinayət törətdiyini və müharibə qanunlarına zidd addımlar atdığını sübuta yetirək, bu ölkə barədə müvafiq cəza tədbirlərinin görülməsinə nail olaq:
"Düzdür, hər nə qədər buna nail olmaq çətin olsa da, bütün halda Ermənistanın bu cür qeyri-insani əməllərini ifşa etməyə çalışmalıyıq". Arzuman Muradlı deyib ki, ermənipərəst qüvvələr qüvvələr və Ermənistanın maraqlarına xidmət edən dövlətlər, təşkilatlar onun müharibə cinayətlərinin ifşa olunmasına hər vasitə ilə əngəl olmağa çalışırlar.