Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-İsrail əməkdaşlığı müzakirə edilib

Azərbaycan-İsrail əməkdaşlığı müzakirə edilib


Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev İsrail Dövlətinin Gürcüstandakı yeni təyin olunmuş Fövqəladə və səlahiyyətli səfiri xanım Hadas Ester Meitzad ilə görüşüb.

Müntəzəm əsasda Azərbaycan ilə uğurlu qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirən İsrail Dövlətinin Səfirini səmimi qəlbdən salamlayan Səfir F.Quliyev yeni təyinat almış həmkarı H.E. Meitzadı Gürcüstandakı missiyaya başlanması münasibətilə təbrik edib. O, Azərbaycanla İsrail arasında möhkəm əlaqələrin qurulmasında ölkəmizdə tarixən firavan yaşayan yəhudi icmasının da rolunu qeyd edib. Səfir Azərbaycan Respublikası Prezidentinin yəhudi icmasına diqqət göstərməsi və bunun bariz nümunəsi kimi bu il də sentyabr ayının sonunda ənənəvi olaraq Roş Ha-Şana (yəhudi Yeni ili) münasibəti ilə təbrik etməsini misal çəkib. Səfir Azərbaycan və İsrailin Gürcüstandakı diplomatik missiyaları arasında qarşılıqlı təmasların davam olunmasına dair ümidvar olduğunu bildirib.

Newscenter.az xəbər verir ki, səfir H.E. Meitzad də öz tərəfindən qəbula görə təşəkkür bildirərək, Azərbaycan Səfirliyinə bu nəzakət səfərindən məmnun olduğunu vurğulayıb. O, Cənubi Qafqaz bölgəsində mühüm rol oynayan və İsrail Dövləti ilə qarşılıqlı faydalı tərəfdaşlıq quran Azərbaycanın Səfirliyi ilə gözəl işçi təmasların saxlanılacağına dair maraq ifadə edib.

Eyni zamanda, tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsini apardılar.

Mehman
Xəbəri paylaş