Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qısa görüş olub.
Newscenter.az xəbər verir ki, görüşə Fransa Prezidenti Emmanuel Makron da qoşulub.