Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq yeni elektron xidmət istifadəyə verib.
Newscenter.az Komitəyə istinadən xəbər verir ki, yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradır. Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan “E-customs” elektron portalı və ya “Smart customs” mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.
İdxal ediləcək avtonəqliyyat vasitəsinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatın elektron qaydada əldə edilməsinə dair videotəlimatı təqdim edirik.
Sevinc