Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz"dan ictimaiyyətə MÜRACİƏT

"Azəriqaz"dan ictimaiyyətə MÜRACİƏT


“2022-ci ilin əvvəlindən 650 minədək dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud olub ki, ötən 9 ayda bunun 210 mini yenisi ilə əvəz edilib. Dövri yoxlama müddəti 5 il nəzərdə tutulduğu üçün bu rəqəmlər hər gün yenilənir.”

Newscenter.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov jurnalistərə açıqlamasında bildirib. “Açıq qapı”da Birliyin sayğaclarla bağlı həyata keçirdiyi işlərdən məlumat verən şöbə rəisi qeyd edib ki, əhali abonentləri üçün G-4 markalı sayğaclardan əlavə artıq G-6 markalı qaz sayğaclarının da ilkin quraşdırılmasına başlanılıb.

“Hazırda ümumilikdə 73 kənd və yaşayış massivində qazlaşma işləri davam etdirilir. Geridə qalan müddət ərzində 26 kənd və massivdə isə işlərə yekun vurularaq istismara qəbul prosesindədir.” Bu məlumatlar Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyevin media nümayəndələrinə verdiyi açıqlamasında öz əksini tapıb. Qurum rəsmisi 2023-cü ildə görüləcək işlərin əhatə dairəsinin genişlənəcəyini vurğulayıb.

Aksiyanın önəmli məqamlarından biri də Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin elə ictimaiyyətə ünvanladığı müraciəti olub. Müraciətdə deyilir: "Xahiş edirik yerli icra orqanları və bələdiyyələr balanslarında olmayan ərazilərdə fərdi yaşayış evlərinin tikintisi üçün icazə və yaxud hər hansı icazə sənədini verməsinlər. Çünki bu kimi addımlar qazlaşdırılması mümkün olmayan ərazilərdə yaşayan vətəndaşlarla Birlik arasında müəyyən narazılıqlara səbəb olur."

Sevinc
Xəbəri paylaş