Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev regionda yeni dövrün təməlini qoyur - Azərbaycan liderinin Çexiya triumfu

İlham Əliyev regionda yeni dövrün təməlini qoyur - Azərbaycan liderinin Çexiya triumfu


Azərbaycan Prezidenti cənab İlham Əliyevin prinsipiallığı, qətiyyəti, dövlət və milli maraqlar kontekstində ən xərda güzəştlərə belə getməməsi, eləcə də məhz onun sayləri nəticəsində bu gün geosiyasi müstəvidə Azərbaycanın əldə etdiyi təsir rıçaqları, Avropanın enerji təminatı və təhlükəsizliyi sahəsində, deyərdim ki, vazkeçilməz tərəfdaşa çevrilməsi, proseslərin bizim maraqlar daxilində inkişaf edəcəyini vəd edirdi.

Ermənilərə verilən dərs

II Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətə uğramış Ermənistan postmüharibə dövründə də özünün çığal davranışlarından əl çəkmədi. Rəsmi İrəvan üçtərəfli bəyanatda üzərində götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə, təxribatlara əl ataraq regionda yaranmış yeni reallıqları qəbul etmək istəmədi. Ölkədə revanşist meyillər baş qaldırdı və Azərbaycan Prezidenti dəfələrlə xəbərdarlıq etdi ki, əgər məkrli niyyətlərindən əl çəkməsələr, bunun adekvat reaksiyası olacaq. Yenə də nəticə çıxarmadılar və sentyabr ayında törətdikləri genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu öz potensialına uyğun əməliyyat həuata keçirmək məcburiyyətində qaldı.
Taleyin ümidinə buraxılmaq aqibəti

Sonrakı günlərdə Ermənistan çox çalışdı ki, beynəlxalq ictimaiyyətdən, müttəfiq ölkələrdən və təmsil olunduğu ittifaqlardan dəstək alıb Azərbaycanın geri çəkilməsinə nail olsun. Lakin bu dəfə Ermənistan fakti olaraq taleyin ümidinə buraxılmış durumla üzləşməli oldu. Qərb dairələrindən boş və mənasız bir neçə bəyanatdan başqa heç nə görmədilər. Güvəndiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında cəm olmuş dövlətlər də Azərbaycana qarşı addım atmaq istəmədilər və rəsmi İrəvanın iddialarına faktiki olaraq rədd cavabı verildi. Başqa sözlə, Ermənistanın isterik tərzi və siyasi şivən ruhu bu dəfə işə yaramadı. Bunun əvəzində Avropa-Azərbaycan əlaqələrinin genişləndirilməsi və enerji layihələri üzrə ixracatın artırılmasına dair intensiv müzakirələri müşahidə etdilər.

Ermənistanın çıxış yolu

Bütün yuxarıda sadalananlar əlbəttə ki, Azərbaycan Prezidentinin praqmatik və ən xırda elementləri belə dəqiq hesablanmış siyasətinin nəticəsidir. Rəsmi İrəvan atdığı addımların uğursuz olacağını vədən edən gedişatı və İlham Əliyevin dərin siyasi gedişlərinin göz qamaşdıran nəticələrini nəzərə almadan boyundan yuxarı tullanmağa çalışır. Məhz bu səbəbdən də həm özünü qlobal siyasətdə gülünc vəziyyətinə qoyur, həm də bütövlükdə ölkəni uçuruma sürükləyir. Halbu ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləmək, yeni reallıqları qəbul edib dəhlizləri açmaq yolu ilə iqtisadi inkişaf yoluna qədəm qoya və hətta gələcəkdə nəhəng transmilli layihələrdə iştirak imkanı qazana bilər.

Ümidlər artır...

Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı görüşdə qəbul olunmuş bəyanat Ermənistanın nəhayət həqiqəti qəbul etmək məcburiyyətində qalacağına ümidləri artırır. Əlbəttə, əmin idik ki, Azərbaycan Prezidenti Ermənistanı gec-tez çıxış yolunun qalmadığına dair fakt qarşısında qoyacaq. Artıq bu istiqamətdə Ermənistan tərəfindən hərəkətlik müşahidə olunmaqdadır. Avropa İttifaqının sülh xüsusunda çalışmalarını və cənab Prezidentin ilin sona qədər Ermənistanla sülh sazişinin imzalana biləcəyinə dar dediklərini də nəzərə alsaq, deyə bilərik ki, regionumuz yeni bir dövrün astanasındadır. Əbədi sülh və tərəqqi vəd edən bu dövrün yaradıcı isə əlbəttə ki, Azərbaycanın dövlət başçısıdır.

Qarşıda bizi daha maraqlı proseslər gözləyir. Bu proseslərin aparıcı qüvvəsini əlbəttə ki, Azərbaycan təşkil edəcək. Əmin olun ki, hər şey bizim istədiyimiz kimi olacaq!

Ramin Əhmədov
Xəbəri paylaş