Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Praqa Zəfəri-VAQİF ABDULLAYEV YAZIR

Praqa Zəfəri-VAQİF ABDULLAYEV YAZIR


Praqada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün və aparılan müzakirələrin ən obrazlı və təsirli təsvirini şəkillərdəki epizodlar çatdırır. Olduqca Vüqarlı, Qətiyyətli, İsrarlı və Əzmkar görünən Qalib dövlətin Prezidenti ilə ağır məğlubiyyətə düçar olmuş, bu gün də Ermənistan cəmiyyətinin təzyiq və qınaqları ilə siyasi psixoz yaşayan aciz Paşinyanın görünüşü seyrçiyə bütün detalları aydın təsvir edir.

Təmkinli və Diktəedici xarizmaya malik Cənab İlham Əliyevin qarşısında əsəbi, çaşqın və gülünc doğuran hərəkətləri ilə diqqəti cəlb edən Ermənistanın baş nazirinin bu davranışları hərbi məğlubiyyətdən sonra, diplomatik süqutunun da ifadəsi hesab edilə bilər.

İlk baxışdan da görünür ki, Ermənistan məğlub ölkə kimi beynəlxalq birlikdən asılı vəziyyətdədir və siyasi reallığı diqtə edən Azərbaycanın hücum diplomatiyasının təsiri altındadır. Bunu sülh danışıqlarının müzakirəsində aktiv iştirak edən vasitəçi tərəflərin – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Fransa Prezidenti Emmanuel Makronun və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ətrafında boynu bükük və miskin görünüşü ilə diqqəti cəlb edən Paşinyanın sifət cizgilərindən də görmək mümkündür.

Mənzərə onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri növbəti dəfə böyük səmərə verdi və nəticədə Ermənistan rəhbərliyinin müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğramaqdadır.
Praqa görüşündə müzakirələrin və danışıqların ümumi fonunda Ermənistanın Azərbaycan tərəfindən geridönməz olan 5 Ana şərti qəbul edəcəyi istisna olunmurdu. Belə də oldu. İrəvan Azərbaycanın irəli sürdüyü Sülh Paketinin detallarını qəbul etməyə məcbur oldu.

Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən dördtərəfli görüşdə qəbul olunan Bəyanat də təsdiqləyir ki, bu sənədAzərbaycan üçün qanedici olan Sülh mətninə əsaslnaır.

Bəyanatda əsas Mesaj sözsüz ki, Azərbaycanın qətiyyətlə üzərində dayandığı ərazi bütövlüyü və dövlət suverenlyi prinsiplərini əks etdirir. Ermənistan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata sazişini birmənalı olaraq qəbul edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığına dair öhdəlik götürdü.

Bu isə Sülh gündəliyində əsas fundamental detal olunan sərhədlərin delimitasiyasının yekunlanlşaması üçün əsaslardan biridir.

Beləliklə, Praqa Bəyannaməsini Sülh müqaviləsi üçün baza sənədi də adlandırmaq olar.

Praqa Bəyanatında ən vacib məqamlarından biri sərhəd xətlərinin hüdudlarının müəyyən edilməsi ilə bağlıdır. Razılaşmaya görə, Avropa İttifaqı və Fransa Azərbaycan-Ermənistan sərhədinə “mülki missiya” göndərəcək.
İrəvan ümid edir ki, sərhəd delimitasiya zamanı keçmiş SSRİ xəritələrinə istinad olunmayacaq və bununla son sərhəd insidenti zamanı Azərbaycan Ordusunun nəzarəti bərpa etdiyi mövqelərin bir hissəsi onalra qalacaq. Əsla belə bir şey yoxdur və sərhəd hüdudları məhz Azərbaycanın dayandığı cizgilər üzərində qurulacaq. Bunu tarixi-coğrafi xəritələr deyir. Bunu Ermənistanın sığındığı Qərb və Fransa da yaxşı anlayır.

Cənab İlham Əliyevin Əzmkarlığı ilə bütün dünya sərhədlərin delimitasiyasının SSRİ dövrünün xəritələrinə uyğun müəyyən edilməsi prinsipini qəbul etməkdədir.

Yekunda bir siyasi gerçəkliyi də xüsusi vurğulamaq lazımdır. Avropa siyasi Birliyinin Praqa Zirvəsində dövlət başçılarının çəkdirdiyi Fotoda Azərbaycan və Türkiyə Liderlərinin qətiyyətli duruşu da dünyaya bir Mesajdır. Liderlərin ailə fotosunun mərkəzində Azərbaycan və Türkiyə Liderlərii yer alır. Yəni Avropanın yeni siyasi xəritəsində Bakı və Ankara geosiyasi proseslərdə daha fəal və əhəmiyyətli oyunçulardır.




Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş