
ABŞ prezidenti Donald Tramp Fransaya səfər edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, səfərdə məqsəd Böyük Yeddiliyin (G7) toplantısında iştirak etməkdir. Ağ Ev rəhbəri bunu özü jurnalistlərə verdiyi açıqlamada deyib.
"Bu yay Fransada keçiriləcək Böyük Yeddiliyin (G7) sammitində iştirak edə bilərəm",- deyə Tramp bildirib.
Qeyd edək ki, Böyük Yeddiliyin toplantısının 15-17 iyun tarixlərində Fransada keçirilməsi planlaşdırılıb.
O, bu məsələ ilə bağlı əlavə şərh verməyib.
Mehman










































