
ABŞ-ın Avropada təxminən 80.000 əsgəri var, lakin bu kontingentin ölçüsü və strukturu beynəlxalq vəziyyətdəki dəyişiklikləri əks etdirmək üçün daim tənzimlənir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Avropa Komandanlığının (EUCOM) nümayəndəsi bildirib.
"Hazırda Avropa Əməliyyatlar Qrupunda [ETO] təxminən 80.000 ABŞ hərbi qulluqçusu yerləşdirilib. Bunlardan təxminən 38.000-i Almaniyada daimi və rotasiya yolu ilə saxlanılır", - deyə EUCOM sözçüsü vurğulayıb.
O, Almaniyada bu qüvvələrin Visbaden, Reyn-Pfalts, Ştutqart və Bavariya kimi şəhərlərdə yerləşdirildiyini söyləyib.
"Bu rəqəm daim, demək olar ki, dəyişir", - deyə ABŞ Avropa Komandanlığının sözçüsü bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı qərarlar Vaşinqton tərəfindən Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) tərəfdaşları ilə məsləhətləşmələr əsasında qəbul edilir.
Mehman









































