
Azərbaycan Prezidenti cənab İlham Əliyevin ali rəhbərliyi altında uğurla həyata keçirilən müdrik xarici siyasət kursunun prioritet istiqamətləri qonşu və digər dövlətlərlə səmimi dostluq, sıx əməkdaşlıq prinsipləri çərçivəsində əlaqələr qurmaq, ölkəmizin beynəlxalq müstəvidəki nüfuzunu artırmaq və bütün dünya dövlətlərinin başçıları üçün örnək nümunə olan sülh və humanizmdir. Bu gün Azərbaycanın bir çox dünya dövlətləri ilə səmimi dostluq əlaqələri mövcuddur. Bu il Azərbaycan və Çexiya dövləti arasında mövcud olan diplomatik əlaqələrin 30-cu ildönümünü qeyd edirik. Bu xarici siyasətdə əlamətdar bir hadisədir.
Bir neçə gün öncə Çexiya Baş naziri Andrey Babişin ölkəmizə səfər etməsi məhz dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da güclənməsi, hərtərəfli münasibətlərin inkişaf etdirilməsi naminədir. Bildiyimiz kimi səfər çərçivəsində cri ilin aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizdə səfərdə olmuş Çex Respublikasının Baş naziri cənab Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər. Və möhtərəm Prezidentimiz çıxışında bu əlaqələrin tarixi kökləri və gələcək perspektivlər haqqında bəhs edib.
Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir. Bizim ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının sədr müavini









































