
İran parlamentinin sədr müavini Əli Nikzad Hörmüz boğazını Tehranın "atom bombası" adlandırıb.
Newscenter.az xəbər verir ki, bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Agentlik onun sözlərini sitat gətirib:
"Hörmüz boğazı beynəlxalq dəniz yolu deyil, İranın suveren imtiyazı və bizim atom bombamızdır. Biz bu hüquqi mövqedə möhkəm və qətiyyətliyik" .
Nikzad vurğulayıb ki, ölkənin ali lideri Müctəba Xameneinin əmrinə uyğun olaraq, Hörmüz boğazındakı gəmiçilik rejimi heç vaxt əvvəlki formata qayıtmayacaq. O həmçinin qeyd edib ki, İranın nüvə enerjisindəki nailiyyətləri, o cümlədən uranı 60%-ə qədər zənginləşdirmək onun elmi gücünün nəticəsidir.
Anar










































