Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının artırılmasına moratorium qoyuldu

Ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının artırılmasına moratorium qoyuldu


Qırğızıstan Prezidenti Sadır Japarov ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqının artırılmasına moratorium tətbiq edilməsi haqqında fərman imzalayıb.

Newscenter.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Sənədə əsasən, 2026–2027-ci tədris ilində təşkilati-hüquqi formasından və statusundan asılı olmayaraq, Qırğızıstan Respublikası vətəndaşları üçün ali və orta ixtisas təhsili müəssisələrində pullu təhsil xidmətləri tariflərinin artırılmasına moratorium tətbiq edilir.

Fərman təhsil xidmətlərinə çıxışı təmin etmək, vətəndaşların sosial müdafiəsini gücləndirmək, tələbələrin hüquq və ehtiyaclarını həyata keçirmək məqsədilə Qırğızıstan Respublikası Konstitusiyasının 66 və 71-ci maddələrinə uyğun olaraq imzalanıb.

Anar
Xəbəri paylaş