Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Aİ-dən avtomobil ixracına rüsumu 25%-ə qaldıracaq

ABŞ Aİ-dən avtomobil ixracına rüsumu 25%-ə qaldıracaq


Gələn həftədən etibarən AB-dən ABŞ bazarına göndərilən minik və yük maşınlarına idxal tarifini 25%-ə qədər artıracaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.

"Avropa İttifaqı (AB) razılaşdırılmış ticarət sazişini tam şəkildə yerinə yetirmədiyi üçün gələn həftə ABŞ-a daxil olan AB istehsalı olan minik və yük maşınlarına tarifləri artıracağımı elan etməkdən məmnunam. Tarif dərəcəsi 25%-ə qədər artacaq", - deyə o, bildirib.

Ağ Ev rəhbəri Truth Social-da yazıb ki, bu bir cəza mexanizmi deyil. Sadəcə Avropa İttifaqı ticarət sazişinə əməl etmədiyi üçün belə bir qərar verilib.

Anar
Xəbəri paylaş