Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiyanın aktivləşməsi ilk növbədə Çini narahat edir

Yaponiyanın aktivləşməsi ilk növbədə Çini narahat edir



Tarixi reallıq var ki, Avropada Almaniya, Asiyada Yaponiyanın hərbiləşməsi dünyanın artıq qarşısıalınmaz döngüyə girdiyinin xəbərçisidir.

Artıq Yaponiya hökuməti İkinci Dünya Müharibəsindən sonra silah ixracına tətbiq edilən hüquqi məhdudiyyətləri aradan qaldırdı. Bununla yanaşı, rəsmi Tokio silahlanma istiqamətində ciddi addımlar atır. Silah istehsalını artırır, hətta nüvə silahına sahib olmaq istəyi kimi xəbərlər yayılır. Təbii ki, Yaponiyanın aktivləşməsi ilk növbədə Çini narahat edir və bunun səbəbləri hər kəsə bəllidir.

Yaponiyanın silah sənayesi, xüsusilə,gəmi istehsalı sektoru hər növ döyüş platforması istehsal edəcək texnologiyaya və potensiala sahibdir. Onların bu istiqamətdə zəngin ənənələri var Birləşmiş Ştatlara texnoloji əməkdaşlıq məsələni tamamilə fərqli müstəviyə yüksəldib. Qlobal hərbiləşmə tendensiyasını nəzərə aldıqda heç şübhəsiz ki, Yaponiya hərbi sənaye məhsulları çox ciddi təlabat görəcək.

Qərb kontentində isə eyni prinsipiallığı Almaniya nümayiş etdirir. Uzun aradan sonra kansler Merts ölkəsinin hərbiləşməsinin taleyüklü bir proses olduğunu ifadə etdi. Artıq Almaniya və Yaponiyanın simasında monstrın oyanışının şahidi oluruq.

Pərviz Mirizadə, siyasi şərhçi
Xəbəri paylaş