Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AŞPA-nın payız sessiyasında hansı məsələlər müzakirə olunacaq-DEPUTAT AÇIQLADI

AŞPA-nın payız sessiyasında hansı məsələlər müzakirə olunacaq-DEPUTAT AÇIQLADI


"Bu gün AŞPA-nın payız sessiyası işinə başladı".

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisind eputatı Sevinc Fətəliyeva bildirib ki, həftə ərzində AŞPA-nın Büro və Daimi komitələrinin işi haqqında hesabat dinləniləcək, Qərbi Balkan ölkələri üçün Avropa perspektivinin dəstəklənməsi, Avropa Şurasına üzv dövlətlərin Şengen informasiya sistemindən siyasi motivli sanksiya kimi sui-istifadə etməsi kimi məsələlər müzakirə olunacaq.

Sevinc Fətəliyeva həmçinin, Türkiyə, Macarıstan, Rumıniya tərəfindən öhdəliklərin yerinə yetirilməsi, miqrasiyanın tənzimlənməsi, idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması, əmək hüquqlarına yenidən baxılması, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması və digər məsələlərin də müzakirə ediləcək məsələlər sırasında olduğunu deyib.

Anar
Xəbəri paylaş