Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev Azərbaycan dilini öyrəndiyinə görə britaniyalı səfirə təşəkkür edib

İlham Əliyev Azərbaycan dilini öyrəndiyinə görə britaniyalı səfirə təşəkkür edib


Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Aulda Azərbaycan dilini öyrəndiyinə görə təşəkkür edib.

Newscenter.az xəbər verir ki, dövlət başçısı təşəkkürünü səfirin etimadnaməsini qəbul edərkən çatdırıb.

"Cənab səfir, sabahınız xeyir. Əvvəlcə, Azərbaycan dilini öyrəndiyinizə görə sizə təşəkkür edirəm. Bizim artıq görüşmək imkanımız olub və mən gördüm ki, siz, demək olar, Azərbaycan dilində səlis danışırsınız. Bu, olduqca gözlənilməz oldu, ancaq, eyni zamanda, bu, sizin bizim mədəniyyətimizə və dilimizə ehtiramınızı nümayiş etdirir. Bilirəm ki, səfir təyin edilməmişdən əvvəl siz bir neçə həftə Azərbaycanın bölgələrindən birində yaşamısınız. Bu, sizin yeni vəzifəyə təyin edilməyinizlə əlaqədar nümayiş etdirdiyiniz yüksək məsuliyyətin daha bir göstəricisidir", - dövlət başçısı bildirib.
Xəbəri paylaş