Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiyevə raket zərbələri endirilib

Kiyevə raket zərbələri endirilib


Ukraynanın paytaxtı Kiyevdə ard-arda partlayışlar törədilib.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, şəhərin Şevçenko rayonunun mərkəzində bir neçə partlayış olub.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs tviterdə yazıb ki, bu, Rusiyanın qorxaqlığının və terror dövləti olmasının təzahürüdür: “Savaşı dayandırmaq üçün Rusiyaya daha çox silah çatdırmağa ehtiyac var”.

Qeyd edək ki, ötən gecə Zaporojyedə də partlayışlar olub. Bu partlayışlar Moskvanın ilhaq etdiyi Krım yarımadasını Rusiya ilə birləşdirən yegən körpünün partladılmasına cavab olaraq törədildiyi ehtimal olunur.
Xəbəri paylaş