Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Kiyevi atəşə tutması nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb

Rusiyanın Kiyevi atəşə tutması nəticəsində azı 8 nəfər ölüb, 30 nəfər yaralanıb


Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyevi raket atəşinə tutması nəticəsində yaralananların sayı 30-a çatıb.

Newscenter.az-ın məlumatına görə, “Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, xilasedicilər eyni vaxtda bir neçə yerdə işləyirlər. Ölənlərin sayı dəqiqləşdirilir.

Son məlumatlara görə, paytaxtdakı partlayış nəticəsində 8 nəfər həlak olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı isə bildirib ki, Rusiyanın atdığı 75 raketdən 41-i havada vurulub.
Xəbəri paylaş