Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəhid ailələrinin Birliyə etdiyi müraciət həllini tapdı

Şəhid ailələrinin Birliyə etdiyi müraciət həllini tapdı


Tovuzun Vətən müharibəsi şəhidləri Məhəmməd Məmmədovla Elşən Məmmədovun ailə üzvlərinin SOCAR “Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciətləri qısa zaman ərzində həllini tapıb.

Newscenter.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, şəhid Məhəmmədin həyat yoldaşı Yanıqpəyə kənd sakini Aidə Heydərovanın istəyi əsasında fərdi yaşayış evi qazlaşdırılaraq qaz sayğacı quraşdırılıb.

Qazıqulu kənd sakini Aytəkin Məmmədovanın müraciəti isə həyat yoldaşı Elşənin xatirəsinin əbədiləşdirildiyi şəhid bulağının qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub. Şəmkir Regional qaz istismarı İdarəsi tərəfindən şəhid ailəsinin bu istəyi yerinə yetirilib.

Mehman
Xəbəri paylaş