Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkidə üzərində narkotik daşıyan şəxs tutulub

Şəkidə üzərində narkotik daşıyan şəxs tutulub


Şəki Şəhər Ryon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Rüstəm Xəlilov şübhəli şəxs qismində tutulub.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, onun üzərində daşıdığı çantaya baxış keçirilən zaman 2 kiloqram 65 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

R.Xəlilov ifadəsində narkotik vasitəni becərdiyi çətənə kollarından əldə etdiyini və satış məqsədilə üzərində daşıdığını deyib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Xəbəri paylaş