Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Avropa İttifaqı ilə birgə Rusiyanı Cənubi Qafqazda sıxışdırmağa çalışırlar

ABŞ Avropa İttifaqı ilə birgə Rusiyanı Cənubi Qafqazda sıxışdırmağa çalışırlar


ABŞ dövlət katibi Entoni Blinken yenə Bakıya və İrəvana zəng edib, bu dəfə Avropa İttifaqının vasitəçiliyi ilə Praqadakı razılaşmaların detalları ilə maraqlanıb. Aydındır ki, Blinken Bakıya və İrəvana zəng etmədən də Praqa danışıqlarının təfərrüatları barədə kifayət qədər məlumatlıdır, sadəcə prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla fikir mübadiləsini davam etdirməklə Kremlə mesaj göndərir ki, bölgədə ABŞ da var.

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, son 30 ildə bir başqa ABŞ dövlət katibinin Blinken qədər Cənubi Qafqazla maraqlandığını xatırlamır:

"Kreml Ukraynada işğalçı müharibəni davam etdirdiyi və bataqlıqdan necə çıxacağı bəlli olmadığı dövrdə ABŞ Avropa İttifaqı ilə birgə Rusiyanı Cənubi Qafqazda sıxışdırmağa çalışırlar".

Mehman
Xəbəri paylaş