Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidenti bütün təşəbbüsləri ələ alaraq böyük türk birliyinə – qardaşlığına doğru inamla irəliləməkdədir

Azərbaycan Prezidenti bütün təşəbbüsləri ələ alaraq böyük türk birliyinə – qardaşlığına doğru inamla irəliləməkdədir


"Prezident İlham Əliyev Qırğızıstanda dövlət səfərindədir. Bütün protokolları kənara buraxaraq dövlət başıçımızı hava limanında Qırğızıstan Prezidenti Sadır Caparovun şəxsən qarşılaması cənab İlham Əliyevin bu səfərinə Bişkekdə verilən fövqəladə önəmin göstəricisidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili daha sonra bunları qeyd edib:

"Bildiyiniz kimi, Qırğızıstan Prezidenti Sadır Caparov özü 2022-ci ilin aprelində Azərbaycanda səfərdə olmuş, ondan 6 ay öncə, ötən ilin sonlarında isə Prezidentlərin ilk görüşü baş tutmuşdu. Eyni zamanda bu il Qırğızıstana paralel olaraq Azərbaycan-Özbəkistan, Azərbaycan-Qazaxıstan təmaslarında ötən dövrlə müqayisədə çox ciddi intensivləşmə, münasibətlərin həm hüquqi, həm faktiki baxımdan strateji səviyyəyə yüksəlməsinin şahidi olmaqdayıq".

Millət vəkili diqqətə çatdırıb ki, habelə, Azərbaycan və Türkmənistan münasibətləri də ötən ilin yayında Xəzər dənizində “Dostluq” yatağı üzrə birgə fəaliyyət haqqında Anlaşma Memorandumu imzalamaqla yeni səviyyəyə qaldırılıb:

"Türkiyə ilə münasibətlərimiz barədə isə geniş şərhə ehtiyac yoxdur. Yəni görünən odur ki, Türk - Turan ideologiyasını istismar edənlərdən fərqli olaraq Azərbaycan Prezidenti bütün təşəbbüsləri ələ alaraq böyük türk birliyinə – qardaşlığına doğru inamla irəliləməkdədir".

Anar
Xəbəri paylaş