Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azərsu" Sumqayıtda həyata keçirdiyi pilot layihəni yekunlaşdırıb

"Azərsu" Sumqayıtda həyata keçirdiyi pilot layihəni yekunlaşdırıb


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təminatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Sumqayıt şəhərində abonentlərin fasiləsiz içməli su ilə təmin edilməsi məqsədilə həyata keçirilən pilot layihənin icrası yekunlaşıb.

Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində icra olunan layihə 45 çoxmənzilli yaşayış binasını əhatə edib. Bir neçə il öncə həmin binaların daxili su təchizatı sistemləri yenidən qurularaq sayğaclaşma işləri aparılsa da, mövcud infrastukturun imkanları yuxarı mərtəbələrdə yaşayan sakinləri dayanıqlı içməli su ilə təmin etməyə imkan vermirdi. Binalara gün ərzində səhər və axşam qrafik rejimlə, ümumilikdə 8 saat içməli su verilirdi. Üstəlik bəzi hallarda yuxarı mərtəbələrdə suyun təzyiqinin aşağı olması sakinlər üçün narahatlıq yaradırdı.

Həyata keçirilən layihə çərçivəsində binaları içməli su ilə təchiz edən mövcud nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılıb. Stansiyanın idarəetmə sistemi tamamilə yenilənib və avtomatlaşdırılıb. Yeni yaradılan hidrofor sistemi sakinlərin təzyiqli və fasiləsiz içməli su ilə təmin olunmasına imkan verir. Bununla da, 45 çoxmənzilli yaşayış binasında 4684 abonentin (təxminən 17 min sakin) içməli təminatı əsaslı şəkildə yaxşılaşdırılıb.

Qeyd edək ki, ötən illərdə Sumqayıt şəhərində görülmüş işlər nəticəsində fasiləsiz su alan abonentlərin xüsusui çəkisi 93 faizə, sayğaclaşma səviyyəsi isə 91 faizə çatıb.

Sevinc
Xəbəri paylaş