Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan silahlı qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini və Tacikistanın Rusiyadakı hərbi attaşesi iştirak edəcək.
İclasa Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sədrlik edəcək.