Oktyabrın 10-dan etibarən Avropa Şurası Parlament Assambleyasının payız sessiyası öz işinə başlayıb. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi sessiyanın ilk günü ölkəmiz üçün əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Nigar Arpadaraiyə yüksək etimad göstərilib.
Newscenter.az xəbər verir ki, millət vəkili Nigar Arpadarai Avropa Şurası Parlament Assambleyasının, Ictimai sağlamlıq və davamlı inkişaf üzrə Alt Komitəsinin sədri seçilib.
Bu barədə facebook sosial şəbəkə hesabında məlumat paylaşan millət vəkili etimada görə komitə üzvlərinə təşəkkürünü bildirib.
Anar