Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika naziri Rusiya Enerji Həftəsində iştirak edəcək

Energetika naziri Rusiya Enerji Həftəsində iştirak edəcək


Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə cari ilin 12-14 oktyabr tarixlərində Moskva şəhərində keçiriləcək “Rusiya Enerji Həftəsi” Beynəlxalq Forumunda iştirak edəcək.

Newscenter.az-a Energetika Nazirliyindən verilən xəbərə görə, bir sıra ölkələrin hökumət nümayəndələrinin, energetika sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, nüfuzlu şirkətlərin rəhbərlərinin və aparıcı ekspertlərin qatılacağı Forumda ənənəvi və bərpa olunan enerji mənbələrindən istifadə, energetika sahəsində qlobal bazarlarda əməkdaşlıq, enerji keçidi və digər aktual məsələlər ətrafında müzakirələrin aparılacağı gözlənilir.

Forumda energetika nazirinin “Yeni çağırışlar, yeni imkanlar. Dünya neft-qaz bazarını nə gözləyir?” adlı paneldə müzakirələrə qatılması və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Xəbəri paylaş