Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan tərəfində döyüşən muzdlular arasında Rusiya, Gürcüstan və İran vətəndaşları da olub

Ermənistan tərəfində döyüşən muzdlular arasında Rusiya, Gürcüstan və İran vətəndaşları da olub


"İkinci Qarabağ müharibəsində Ermənistan tərəfində döyüşən muzdlular arasında Rusiya, Gürcüstan və İran vətəndaşları da var",

Newscenter.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun ikinci ildönümü ilə bağlı keçirilən “dəyirmi masa”da çıxış edərkən deyib.

O bildirib ki, Vətən müharibəsi dövründə hərbi cinayətlər Azərbaycan ərazisində törədildiyinə görə bunu edənlər barəsində ölkəmizin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və günahkarlar məsuliyyətə cəlb olunacaqlar.

İ.Səfərov söyləyib ki, müharibə vaxtı Ermənistan tərəfində döyüşən muzdluların bir qismi müəyyən olunub, onlarla bağlı cinayət işləri başlanılıb.
Xəbəri paylaş